Ordu.az-ın Qərb bürosu xəbər verir ki, Tovuz Şəhər İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, icra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti Tovuzda şəhidlər xiyabanına gələrək vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin hüznlə yad ediblər.
Əvvəlcə icra başçısı M.Məmmədov abidə-kompleksin önünə qərənfillər düzüb. Xocalı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla anıldıqdan sonra onların ruhuna dualar oxunub.
Cümşüd Məmmədov
Ordu.az